Hakerlər «Obamanı yaraladıqlarını» bildirib
24 aprel 2013 04:17 (UTC +04:00)

Hakerlər «Obamanı yaraladıqlarını» bildirib

0

Hakerlər «Assoşieyted press» agentliyinin «Twitter»-dəki səhifələrindən birinə daxil olaraq, orada «Ağ Evin partladılması» haqqında  məlumat yerləşdiriblər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, orda bildirilib: «Təcili xəbər: Ağ evdə iki partlayış, Barak Obama yaralanıb».

 

«Suriya elektron ordusu» bu haker hücumunun məsuliyyətini üzərinə götürüb.

 

Bir müddət öncə bu qrup «BBC»-nin həmin sosial şəbəkədəki səhifəsini sındırmışdı.

 

Mənbə bildirib ki, hazırda «Assoşieyted press»-in həmin səhifəsinə daxil olmaq olmur. Agentliyin rəhbərliyi olay nəticəsində jurnalistlərin çoxunun parolunun oğurlandığını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar