Fransa həmcinslərin evlənməsinə razı oldu
24 aprel 2013 05:43 (UTC +04:00)

Fransa həmcinslərin evlənməsinə razı oldu

0

Fransa parlamenti eynicinslilərin nikahının rəsmiləşdirilməsini nəzərdə tutan qanunu qəbul edib. 

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ,  qanun layihəsinin qəbul olunmasını 331 deputat dəstəkləyib, 225 deputat isə “əleyhinə” səs verib.

 

Parlamentdə səsvermə zamanı iştirak edən ədliyyə naziri Kristin Tobira bu günü Fransanın tarixində “tarixi gün” adlandırıb. O, bildirib ki, yeni qanunla ilk “toy” bu ilin iyununda ola bilər.

 

Qeyd edək ki, səsvermə zamanı parlament binasının ətrafında qanunun qəbuluna etiraz aksiyası keçirilib.

 

Fransa həmcinsləri evlənməyə icazə verən 14-cü ölkə oldu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 726

Oxşar yazılar