Paris məhkəməsi baskların ETA sol-radikal təşkilatının liderlərindən Mikel Karrera Sarobeni 2007-ci ildə İspaniyanın iki polisini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «Ata» ləğəbli bu məhkum Fransanın cənub-qərbində, İspaniya ilə sərhəd yaxınlığında polis əməkdaşlarını avtomobillərində güllələyib.
Onunla əlbir olduğu ehtimal olunan qadın 28 il, ETA-nın başqa bir üzvü fərqli ittihamla 15 il iş alıb.
Qeyd edək ki, bu təşkilat 1959-cu ildə yaradılıb. Müstəqil Basklar ölkəsi uğrunda mübarizə aparır. İki il öncə silahlı mübarizədən imtina etdiyini bildirib.
Basklar daha sıx İspaniya və Fransa ərazisində yaşayır.