Əfqanıstanın qərbində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında gedən ağır döyüş nəticəsində 50-dən çox insan həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, həlak olanların çoxu Fərəh əyalətinin dinc sakinləridir. Yaralıların sayı isə yüz nəfərdə çoxdur.
Xatırladaq ki, aprelin 3-də səhər saatlarında intiharçılar güclü partlayış təşkil edib. Bundan sonra yaraqlılar əyalətin məhkəmə və bir neçə dövlət binasına basqın edib.
Onların basqını taliban hərəkatı üzvlərinin məhkəmə prosesinin başlaması ilə üst-üstə düşüb.