Dünyada ən hündür minarəsi olan məscid tikiləcək
06 may 2016 17:46 (UTC +04:00)

Dünyada ən hündür minarəsi olan məscid tikiləcək

2017-ci ildə Əlcəzairdə 265 metr hündürlüyündə minarəsi olan məscid tikiləcək.

 

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

 

“Bu məscid ekstemistlərə ağır zərbə olacaq. Onlar uzun illərdir, bu məscidin tikintisinin əleyhinə çıxırlar”, - deyə Əlcəzairin mənzil tikintisi üzrə naziri Əhməd Mədəni bildirib.

 

Onun sözlərinə görə, Cama Əl-Cəzair məscidinin tikintisi ilə bağlı ideya 1962-ci ildə - Əlcəzairin Fransadan müstəqillik əldə etməsindən sonra meydana çıxıb.

 

Ə. Mədəni vurğulayıb ki, məscid mötədil İslamın simvoluna, ekstremizmin isə qalxanına çevriləcək.

 

Layihəyə uyğun olaraq, Cama Əl-Cəzair məscidi 120 min insanın dua etməsi üçün nəzərdə tutulub.

 

Məscidin içində Quran tədrisi üçün məktəblər, İslam incəsənəti və tarixi muzeyi, habelə milyonlarla kitabın olduğu kitabxana nəzərdə tutulub.

 

Məscid 1,4 milyard dollara başa gələcək.

 

Lakin bir sıra ekspert layihənin uğurla həyata keçiriləcəyinə şübhə edir. Onların fikrincə, buna ilkin səbəb Əlcəzair şəhərinin seysmik zonada yerləşməsidir. Burada 2003-cü ildə baş verən son zəlzələ təxminən 3 min nəfərin həyatına son qoymuşdu.

 

Qeyd edək ki, hazırda dünyanın ən hündür minarəli məscidi Mərakeşin Kasablanka şəhərindədir.

 

Minarənin hündürlüyü 210 metrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12