Gəncədə 64 yaşlı kişi xəstəxanada ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs Beyləqan rayon sakini, 64 yaşlı H.Hüseynovdur.
Qeyd olunur ki, bir neçə gün əvvəl H.Hüseynov Beyləqan rayonunun İkinci Aşıqlı kəndində öz həyətində ot tayasından yıxılıb.
Əvvəlcə o, Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan isə Gəncədəki xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.