Çeçenistanda paytaxtında «Olimp» yaşayış kompleksində yanğın baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yanğın Qroznı «göydələnində», 40 mərtəbəli binanın bürüyüb. Yanğın söndürmədə 20 yaxın maşın iştirak edib.
Qara tüsütü binanı tam bürüyüb. Binanı örtüklərinin qırıntılarının ətrafa sıçradığı bildirilib.
Yerli informasiya vasitələrinin məlumatına əsasən, Çeçenistan prezidenti Ramazan Kardırov məşhur fransız aktyoru Jerar Depardyeyə həmin binadan mənzil verib.