Suriyadakı hakimiyyətin kimyəvi silahdan istifadə etməsinə dair Britaniya hakimiyyəti əlində təkzibedilməz sübutun olduğunu bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Britaniyanın Xarici İşlər Nazirliyi mətbuat xidmətinin təmsilçisi bildirib : «Suriyada kimyəvi silahdan, o cümlədən zarin qazından istifadə edilməsinə dair bizdə məhdud, ancaq inandırıcı dəlil-sübut var. Məlumatı bir neçə mənbədən əldə etmişik».
O, mənbələri açıqlamayıb.