Braziliyanın Para ştatında gəminin qəzaya uğraması nəticəsində 6 nəfər boğulub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, gəmi 60 sərnişini Amazon çayı boyu Şavis bələdiyyəsindən ştatın paytaxtı Belenə gətirirmiş.
Xilasedicilər bildirib ki, 25 nəfər itkin düşüb.
Yerli hakimiyyətin məlumatına əsasən, olay Ariri çayı yaxınlığında sərnişinlərin çoxu yatarkən baş verib. Bu səfər 10 saat sürəcəkmiş.