Azərbaycanlı şagird Kadırovun işini yoxladı
03 aprel 2013 18:51 (UTC +04:00)

Azərbaycanlı şagird Kadırovun işini yoxladı

Çeçenistan Respublikanın rəhbəri Ramzan Kadırov azərbaycanlı şagirdi Qroznıdakı iqamətgahına dəvət edib.

 

Dərbənddə yaşayan jurnalist Telman Tahirli Lent.az-a bildirib ki, Ramzan Kadırovla Moskvadakı 1652 saylı məktəbdə 10-cu sinifdə oxuyan Azərbaycan əsilli Təkral Seyidov “İnstaqram” sosial şəbəkəsində tanış olublar.

 

Ramzan Kadırov “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Təkral Seyidov bir iş gününü onunla birlikdə keçirmək istədiyini bildirib. Çeçenistan rəhbəri də bununla razılaşıb. Təkral Seyidov Qroznıya prezidentin təyyarəsi ilə gəlib.

 

Ramzan Kadırov qonağına Qroznı axşamlarını və paytaxtın qonaqpərvərliyini nümayiş etdirib. Təkral Seyidov iki həftə sonra açılışı keçiriləcək Milli Kitabxananın binasını da bəyənib. Ramazan Kadırov Təkral Seyidov çay içərkən çəkilən fotoşəkli də sosial şəbəkədəki səhifəsində yerləşdirib.

 

Təkral Ramzan Kadırovu respublika boyunca işgüzar səfərləri zamanı müşayiət edib və Çeçenistan rəhbərinin işinin bütün çətinliklərinin şahidi olub. Kadırov Təkraldan xahiş edib ki, onun bir günlük fəaliyyətini diqqətlə yoxlasın. Çatışmamazlıqlar haqda ona bildirsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5951

Oxşar yazılar