ABŞ-ın maliyyə naziri Ceykob Lü Ukraynanın cənub-şərqində terrorçuları dəstəklədiyi üçün Moskvanı ittiham edib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, “Alman dalğası” bu haqda xəbər yayıb.
Vaşinqtonda jurnalistlərə Rusiya-Ukrayna sərhədindən pul və silah axını haqda danışan nazir deyib: “Rusiyanın öz sərhədindən Ukraynaya silah, pul və döyüşçü keçməsinə göz yumması haqda ABŞ-ın dəlil - sübutu var».
O, Rusiya prezidenti Vladimir Putinin gələcək addımlarının “aydın olmadığını” da qeyd edib.