Almaniya DİN təkzib edir - YENİLƏNİB
20 aprel 2013 01:37 (UTC +04:00)

Almaniya DİN təkzib edir - YENİLƏNİB

 

 

Almaniya daxili İşlər Nazirliyinin təmsilçisi prezidentin dəftərxanasına, dövlət başçısına ünvanlanmış  partlayıcı maddə olan məktubun daxil olmadığını bildirib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, federal polis xidmətinin mütəxəssisləri bu nəticəyə gəlib.

 

Aprelin 17-də isə naməlum şəxslər Berlinin bələdiyyə başçısı Klaus Voverayta yağlı kimyəvi turşu və birdəfəlik şpris göndəriblər

 

***

23.41

Tərkibində heksametilen-triperoksid diamin olan partlayıcı «məktub» Almaniya (AFR) prezidenti iqamətgahının yaxınlığında məhv edilib.

 

Lent.az-ın  «RİA Novosti»-yə istinadən məlumatına görə, o, Almaniyanın dövlət başçısına ünvanlanıbmış.

 

«Məktub» Belvü parkında, prezidentin iqamətgahının yerləşdiyi ərazidə məhv edilib. Zərəçəkən olmayıb. Prezident İoaxim Qauk isə onda binada deyilmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar