Rusiya prezidenti Vladimir Putin Hindistanın cənubunda «Qudanqulam» Atom Elektrik Stansiyasının (AES) tikilməsinə razılıq verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, on illərlə həmin bölgədə AES-in tikintisi yerli sakinlər etirazı ucbatında ləngiyib. 2011-2012-ci illərdə yerli əhali buna qarşı daha kəskin münasibət bildirmişdi.
Xatırladaq ki, Hindistanın baş naziri Manmoxan Sinqh Moskvada səfərdədir. Putinin göstərişi ilə iyulda istismara verilmiş AES reaktorunun «yaxın saatlarda» Hindistanın ümumi elektrik şəbəkəsinə birləşəcək.
Rusiya prezidenti qeyd edib ki, daha bir enerqoblok tezliklə istismara veriləcək.
Hindistan isə Qudanqulamda daha iki reaktorun tikilməsini istəyir. Bununla belə Rəsmi Dehli stansiyanın tikilməsi üçün əlavə təhlükəsizlik şərtləri irəli sürür, bu isə Rusiyanı qane etmir.