ABŞ şirkəti rüşvət verdi, cərimələndi
23 aprel 2013 05:56 (UTC +04:00)

ABŞ şirkəti rüşvət verdi, cərimələndi

ABŞ-ın «Ralph Lauren» dizayner evi 1,6 milyon dola məbləğində cərmə verməyə razılaşıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şirkət etiraf edib ki, onun törəmə müəssisələrindən biri Argentina gömrüyünə rüşvət verib.

 

Şirkət cərimə ödəməklə xaricə fəaliyyət göstərən ABŞ şirkətlərinin qanun çərçivəsində ittiham olunmasından yayına bilər.

 

Dizayner evi hələ bir neçə il öncə, 2010-cu ildə  baş vermiş qanun pozuntusundan xəbərdar olduğunu və bu haqda hakimiyyəti məlumatlandırdığını bildirib.

 

Məlum olub ki, törəmə şirkət məhsullarının gömrük baxışından keçməyi yüngülləşdirmək məqsədi ilə rüşvət verib. O vaxtdan bəri «Ralph Lauren» Argentinadakı dükan və idarəsini bağlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065

Oxşar yazılar