Mahaçqalanın Leninkənd qəsəbəsində kütləvi dava baş verib. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, dava yerli məsciddə, vəhabilərlə sufilər arasında olub. Dağıstanın hüquq - mühafizə orqanlarının verdiyi məlumata görə, dava bıçaqlaşmaya çevrilib və nəticədə 6 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis tərəfləri güclə ayıra bilib.
Davaya səbəb vəhabilərin sufiləri Məhərrəm ayı ilə bağlı məsciddə yas keçirməsinə maneçilik törətməsi olub.