«Yahoo» direktorlar şurasının sədri istefa verib
26 aprel 2013 07:52 (UTC +04:00)

«Yahoo» direktorlar şurasının sədri istefa verib

0

«Yahoo» direktorla şurasının sədri Fred Amorozo istefa verib.

 

Lent.az-ın məlumatına görə, bu haqda şirkət təmsilçisi açıqlama verib. Ötən il qurumun rəhbərliyindən 6 nəfər istefa vermişdi, Amorozo yeddincidir.

 

Onun işdən çıxması xəbəri birjada «yahoo»-nun aksiyalarının ucuzlaşmasına səbəb olub.

 

Qurumdakı kadr təyinatı ilə bağlı xatırlatmaya əsasən, 2012-ci ilin iyulunda şirkət baş icra direktor vəzifəsinə Mariss Mayerin təyin olunduğunu bildirmişdi. O, əvvəllər «google»-nin rəhbərliyində aparıcı fiqurlaran olub. Onun təyinatınadək, bir il ərzində  «Yahoo» üç direktor dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 724

Oxşar yazılar