APA-nın məlumatına görə, bu göstərici “Gallup” tədqiqat təşkilatın MDB məkanında 2010-2012-ci illər arasında 15 yaşdan yuxarı respondentlər arasında keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
İkinci yerdə Moldova (32%), üçüncü yerdə isə Ukrayna (21%) qərarlaşıb. Azərbaycan bu siyahıda Gürcüstanla 7-8-ci yerləri bölüşdürür (14%). Öz ölkəsini tərk etməyi ən az istəyən isə özbəklərdir (5%).
Respondentlərin 52%-i başqa ölkəyə köçməyin əsas səbəbi kimi öz həyat səviyyəsini qaldırmaq istəyini göstərib, 13%-i uşaqların qayğısız gələcəyi naminə, 10%-i isə daha yaxşı və gəlirli iş tapmaq üçün başqa ölkəyə köçmək istəyir.
Azərbaycanlı respondentlərin 8%-i uşaqlarının gələcəyi naminə köçməyə başqa ölkəyə hazır olduğunu bildirib (10-cu yer). Ermənistan 13% göstərici ilə 5-ci yeri tutur. Bu istiqamətdə 1-ci yeri isə türkmənlər tutur (29%).