Papua-Yeni Qvineyada 6, 6 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Sakit okean sunami xəbərdarlıq mərkəzi bildirib.
Meteoroloqlar sunami təhlükəsi barədə hələ ki məlumat verməyib. İlkin məlumata əsasən, yeraltı təkanlar nəticəsində xəsarət alan olmayıb.
Ölkənin şimal-şərqində Rabaul limanının yaxınlığında 18 km dərinlikdə baş verib.
Bu iki həftə ərzində adada baş verən ikinci zəlzələdir.