Xəbər üçün gedən gənc jurnalist  FACİƏVİ   şəkildə öldü
06 iyul 2022 14:34 (UTC +04:00)

Xəbər üçün gedən gənc jurnalist FACİƏVİ şəkildə öldü

Türkiyədə jurnalist faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Kocasinan qəsəbəsində baş verib. Xəbər yazmaq məqsədilə şəxsi motosikleti ilə əraziyə gələn 25 yaşlı jurnalist Hamza Yüksel park edilmiş avtomobilə çırpılıb. Daha sonra o yola düşüb və arxadan gələn nəqliyyat vasitəsinin altında qalaraq, 200 metr sürüklənib.

Gənc jurnalist dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2197

Oxşar yazılar