Xadimələri işə götürüb qəfəsə saldı
19 sentyabr 2024 14:34 (UTC +04:00)

Xadimələri işə götürüb qəfəsə saldı

İsveçrədə bir cütlük xadimələri işə götürüb, sonra isə onları qul kimi qandallayaraq qəfəsə salıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Sürix yaxınlığındakı Andelfingen bölgəsində baş verib. Filippinli ilə evli olan 46 yaşlı İT meneceri internetdə 22 yaşlı qızı tapıb və ona yaşayış icazəsi, həmçinin mövcud olmayan “Beynəlxalq Qızlar Məktəbi”ndə təhsil alacağını vəd edərək xadimə işi təklif edib.

Müqavilə imzalayandan sonra cütlük onu evə bağlayıb. O, həftənin altı günü ev işləri görməli və ayda 800 frank müqabilində gecə-gündüz “sahiblərinin” ixtiyarında olmalı idi. Qız həmçinin tualet kimi vedrə, kiçik çarpayı və CCTV kamerası olan metal qəfəsdə yaşayıb. Hər gün o, qandal, zəncir və digər vasitələrlə bağlı saxlanılıb.

Qız daha qəfəsdə yaşamaq istəmədiyini deyəndə kişi onu polis və deportasiya ilə hədələyib. Cütlüyün evində 10 ay qalandan sonra filippinli qaça bilib.

Bundan sonra cütlük Braziliyadan olan 30 yaşlı qadını şirnikləndirib və ona da eyni şeyi ediblər.

Nəticədə həmin şəxs insan alverində, qanunsuz həbsdə, sənədləri saxtalaşdırmaqda, ölkəyə qeyri-qanuni girişi asanlaşdırmaqda və əcnəbilərin qanunsuz işlə təmin edilməsində ittiham olunub. O, 36 ay həbs cəzasına məhkum edilsə də, yalnız doqquz ayı həbsxanada keçirəcək. Kişiyə həmçinin zərərçəkənlərə 16 min frank məbləğində təzminat ödəmək tapşırılıb. Məhkumun həyat yoldaşını şərti cəza və ölkədən məcburi deportasiya gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Oxşar yazılar