Vaksin milyonlarla insanı ölümdən qoruyub – ELMİ NƏTİCƏ 
24 iyun 2022 07:54 (UTC +04:00)

Vaksin milyonlarla insanı ölümdən qoruyub – ELMİ NƏTİCƏ 

Koronavirus əleyhinə vaksinlər 20  milyonadək insanın həyatda qalmasına səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə “The Lancet” jurnalında dərc olunmuş elmi məqalədə deyilir. 

Araşdırma 185 ölkədə 8 dekabr 2021-ci ilədək olan dövrü əhatə edir. Müəlliflər Covid-19-dan birbaşa və dolayı ölümləri təhlil edərək müəyyən nəticəyə gəliblər. Tədqiqat zamanı ölkələrin çoxillik statistikası da tutuşdurulub. 

Məqalə müəllifləri siyahıya Çini daxil etməyiblər. Buna səbəb əhalinin çoxluğu ilə yanaşı, karantin tədbirlərinin sərtliyi olub.
 

# 1464
avatar

Oxşar yazılar