Raket atılan ərazi
08 aprel 2022 18:11 (UTC +04:00)

Raket atılan ərazi

Vağzala raket atıldı, 50 nəfər öldü - Ukrayna və Rusiya bir-birini günahlandırır - VİDEO - YENİLƏNİB

Kramatorskda dəmiryol vağzalına raket hücumu nəticəsində 50 nəfər ölüb. Hadisə nəticəsində 16-sı uşaq olmaqla ümumilikdə 98 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının sözçüsü Artem Dextyarenko bildirib.

Hadisə bu gün səhər saatlarında baş verib. 38 nəfər yerindəcə, daha 12 nəfər isə xəstəxanada dünyasını dəyişib.

***

14:25

Rusiya ordusunun Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının sözçüsü Artem Dextyarenko bildirib. Onun sözlərinə görə, zərbə nəticəsində 4-ü uşaq olmaqla, 39 nəfər həlak olub.

Qeyd edək ki, sözügedən raket zərbəsi ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil:

"Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb".

 

***
Saat: 13:00

Rusiya ordusu Ukraynada dəmiryol vağzalına “Toçka-U” raketi atıb.

Lent.az Ukrayana mediasına istinadla bildirir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavlo Kirilenko məlumat verib.

Onun sözlərinə görə, Kramatorsk dəmiryol vağzalına “Toçka-U” raketinin atılması nəticəsində 30 insan həlak olub və 100-dən çox yaralı var.

Kirilenko bildirib ki, hadisə zamanı vağzalda minlərlə mülki insan olub. Mülki insanların həmin ərazidən daha təhlükəsiz yerlərə getməsi üçün toplaşdığı qeyd olunur.

Raket atılan ərazi

Ukraynada vağzala İskəndər raketi atıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7749
avatar

Mehman Nəbiyev

Oxşar yazılar