Üsyançılar yüzdən çox gənci edam etdilər
01 noyabr 2021 18:56 (UTC +04:00)

Üsyançılar yüzdən çox gənci edam etdilər

“Tiqrayın Azadlığı üçün Xalq Cəbhəsi”nin üsyançıları Efiopiyanın şimalında ələ keçirilən Kombolça şəhərinin 100-dən çox sakinini öldürüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, öldürülənlərin demək olar hamısı Kombolça şəhəri və üsyançıların təsiri altında saxladığı rayonların gənc sakinləridir. 

Ölkə hakimiyyəti beynəlxalq ictimaiyyəti bu cür “vəhşiliklərə” göz yummamağa çağırıb.

2020-ci ilin noyabrından etibarən Efiopiyanın şimalında Tıqray ilə mərkəzi hökumət arasında qarşıdurma davam edir. 10 mindən çox insanın həyatına son qoyan müharibəyə federal mərkəzlə əyalət hakimiyyətləri arasında səlahiyyətlərin bölünməsi və yerli seçkilərin tanınması ilə bağlı ziddiyyətlər səbəb olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857
avatar

Oxşar yazılar