Ukraynanın daha bir "Bayraktar"ı və helikopteri  vuruldu
14 aprel 2022 14:47 (UTC +04:00)

Ukraynanın daha bir "Bayraktar"ı və helikopteri vuruldu

Rusiya Ukrayna ordusuna məxsus helikopter və “Bayraktar-TB2”ni vurub.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Dnepr aerodromunda “Mi-8” helikopteri və pilotsuz təyyarə məhv edilib.

Həmçinin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Dnepr aerodromunda hərbi obyektlər və Ukrayna Silahlı Qüvvələrinin “MiQ-29” qırıcısı da məhv edilib.

"Gün ərzində Ukraynanın 48 hərbi obyekti vurulub. Onların arasında artilleriya batareyası, iki komanda məntəqəsi və radiolokasiya stansiyası var. Ümumilikdə, əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 131 təyyarə, 104 helikopter və 448 PUA-nı vurub", deyə Konaşenkov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Mehman Nəbiyev

Oxşar yazılar