Ukraynanın bütün ərazisində elektrik YOXDUR
06 dekabr 2022 01:51 (UTC +04:00)

Ukraynanın bütün ərazisində elektrik YOXDUR

Rusiyanın raket zərbələrindən sonra Ukraynanın bütün ərazisində elektrik şəbəkəsində qəza açılması həyata keçirilib.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrenerqo şirkəti məlumat verib.

Şirkət bildirir ki, raket hücumu nəticəsində enerji sistemində mürəkkəb, lakin nəzarət ediləbilən vəziyyət yaranıb. Ukraynanın enerji sistemi öz bütövlüyünü qoruyub-saxlayıb və Avropa şəbəkəsi ilə sinxron işləyir.

Təmir briqadaları gecə boyu şəbəkənin bərpası ilə məşğul olacaq. 
 

# 1692
avatar

Oxşar yazılar