Ukraynada Rusiyanın raket və artilleriya qoşunlarının  komandiri məhv edildi
26 sentyabr 2022 21:45 (UTC +04:00)

Ukraynada Rusiyanın raket və artilleriya qoşunlarının komandiri məhv edildi

Ukraynalı müdafiəçilər Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun (62825 saylı hərbi hissə) raket və artilleriya qoşunlarının rəisi, polkovnik Boris Totikovu məhv ediblər. 

Lent.az bildirir ki, “Ryazanskiye vedomosti”nin məlumatına görə, Ryazanda mərhum hərbçi ilə vida mərasimi keçirilib. 

“Telegram”da jurnalist Yuri Butusov qeyd edib ki, raket və artilleriya qüvvələrinin rəhbəri müasir müharibənin əsas halqalarından biridir.

O, həmçinin qeyd edib ki, Rusiya mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əks-hücumundan əvvəl işğalçıların İzyumdakı qərargahı Amerikanın yüksək dəqiqlikli HIMARS raketləri ilə vurulub.

Bu ərazidə komandanlıq və nəzarətə cavabdeh olan Rusiyanın 35-ci ordusunun qərargahı yerləşirdi. 

Xatırladaq ki, ölkənin cənububda ukraynalı müdafiəçilər İran pilotsuz təyyarələrinin idarəetmə mərkəzini də məhv ediblər.
 

# 2352
avatar

Oxşar yazılar