Ukraynada ölən Rusiya hərbçilərinin  SAYI AÇIQLANDI və SİLİNDİ
22 mart 2022 09:42 (UTC +04:00)

Ukraynada ölən Rusiya hərbçilərinin SAYI AÇIQLANDI və SİLİNDİ

Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi bir vaxtda Moskvayönlü media qurumu fevralın 24-dən bəri Ukrayna torpaqlarında həlak olan rus əsgərlərinin sayını açıqlayıb. Qısa müddətdən sonra silinən məlumatlar gündəm oldu.

Lent.az xarici mediaya istinadla bildirir ki, qısa müddətdən sonra silinən məlumatda müharibədə 9861 rus hərbçisinin öldüyü, 16153 hərbçinin isə yaralandığı qeyd edilib.

Hökumətyönlü “Komsomolskaya Pravda” qəzetinin saytına yüklənən məlumatların qısa müddətdə silindiyini qeyd edən Britaniya mediası bu məlumatları ukraynayönlü jurnalistin yüklədiyini iddia edib.

Xatırladaq ki, müharibə fevral ayının 24-dən başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3889

Oxşar yazılar