Ukraynada  "MOSSAD"   yaradıldı
17 may 2022 18:59 (UTC +04:00)

Ukraynada "MOSSAD" yaradıldı

“Artıq Ukraynada da İsrailin “MOSSAD”ına bənzər xidmət fəaliyyət göstərir. Buna görə də, Rusiyada körpülər dağılır. Bu körpülər vasitəsilə Donbasdakı Rusiyanın qoşun qrupu üçün təchizat aparılır”.

Lent.az yerli mediaya istinadən bildirir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

Onun sözlərinə görə, Ukraynada “MOSSAD”ın yaradılması elan edilmir.
Amma belə bir bölmə var və artıq işləyir:

“Siz bu işin nəticəsini görürsünüz. Bunu ictimaiyyətə açıqlamırıq, amma görürük ki, Rusiyada nə qədər tez-tez qaz partlayışları, dəmir yolu qəzaları baş verir, körpülər necə dağılır”.

O qeyd edib ki, Rusiya hərbçilərini öldürmək istəyənlər çoxdur:

“Bunlar öz döyüş yoldaşlarını, ailə üzvlərini itirənlərdir”.

Bildiyimiz kimi, “MOSSAD” İsrailin təhlükəsizliyinin maraqları naminə yüzlərlə müxtəlif əməliyyatlar keçirən bu ölkənin Xarici Kəşfiyyat və Məxfi Xidmətidir.

# 2940
avatar

Oxşar yazılar