Sedat Peker
16 oktyabr 2021 15:50 (UTC +04:00)

Sedat Peker

Türkiyədə Sedat Pekere REKORD müddətə həbs tələbi

Türkiyədə Sedat Pekerə qarşı iddianamə hazırlanıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Anadolu Respublika Prokurorluğu tərəfindən hazırlanan iddianamədə 26-ı saxlanılan şəxs olmaqla ümumilikdə 92 nəfər yer alıb.

İddianamədə Sedat Pekerin cinayətkar qruplaşmanın lideri kimi, 9 nəfərin qruplaşmanın rəhbər şəxsləri kimi, yerdə qalan 82 nəfərin bir hissəsinin dəstənin üzvü, bir qisminin isə üzv olmadığı halda cinayətlər törətməsi qeyd olunub.

İddianamədə 2017-ci ildə öldürülən Cahit Çetin və digər 30 nəfər də qruplaşmanın qurbanı kimi göstərilib.

Sedat Pekerin Cahit Çetini odlu silahla öldürməsinə görə isə, ona “qəsdən ada öldürmə” maddəsi ilə ağır cəza istənilib. S. Pekerə bundan başqa, 19 ayrı hadisə ilə bağlı “mövcud cinayət təşkilatının qorxulu gücündən istifadə edərək silahlarla yağmalama”, “cinayət törətmək məqsədilə silahlı dəstə yaratmaq”, “sələmçilik”, “silahla qəsdən yaralama” cinayətlərində ümumilikdə 390 ilədək həbs cəzası tələb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Mehman Nəbiyev

Oxşar yazılar