Türkiyədə qədim dövrün limanında arxeoloji qazıntı aparılır
25 sentyabr 2022 07:09 (UTC +04:00)

Türkiyədə qədim dövrün limanında arxeoloji qazıntı aparılır

Şərqi Aralıq dənizinin ən mühüm və böyük limanlarından biri olan Soli Pompeiopolisin ərazisində arxeoloji qazıntı işləri aparılır. Qazıntı işlərinin təxminən 2 ay çəkəcəyi gözlənilir.

Lent.az Azərtaca istinadla xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi təşəbbüsü ilə aparılan arxeoloji qazıntı işlərinə Türkiyənin Dokuz Eylül Universitetinin ədəbiyyat fakültəsi muzeyşünaslıq kafedrasının müdiri Prof. Dr. Remzi Yağcı rəhbərlik edir.

Qeyd edək ki, qədim Soli Pompeiopolis limanı Türkiyənin Mersin şəhərində yerləşir. Arxeoloji tədqiqatların təxminən iki ay çəkəcəyi gözlənilir.

Şərqi Aralıq dənizinin ən böyük limanlarından biri olan Soli Pompeiopolis böyük Pompey tərəfindən qurulan şəhərin limanıdır. Soli Pompeiopolis vaxtilə böyük bir şəhər idi və limanı çox əhəmiyyətli idi. Roma İmperiyası dövründən qalan limanın ümumi görünən uzunluğu 320 metrdir.

Soli Pompeiopolis limanı təxminən iki min il əvvəl tam fəaliyyət göstərib. Ərazi qumla dolduğu üçün hazırda limanın demək olar ki, dörddə üçü qumla örtülüb.

Tarixi mənbələrə görə, Soli Pompeiopolis rodosluların qurduğu liman şəhəri olub. Soli də digər Anadolu şəhərləri kimi öz pulunu çap etmək səlahiyyətinə malik muxtar bir şəhər olsa da, sonradan farsların hakimiyyəti altına keçib. Makedoniyalı İskəndər eramızdan əvvəl 333-cü ildə farsları məğlub etdikdən sonra bölgə imperatorluğa birləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30