Türkiyə QİSASINI  çox ağır aldı: 32 hədəf məhv edildi -VİDEO
24 oktyabr 2024 11:19 (UTC +04:00)

Türkiyə QİSASINI çox ağır aldı: 32 hədəf məhv edildi -VİDEO

Türkiyədə baş verən terrorla bağlı maraqlı məlumatlar ortaya çıxır.

Lent.az yerli məlumata isitinadən xəbər verir ki, son məlumatlara əsasən, Suriya və İraqda hava əməliyyatları həyata keçirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir ki, 23 oktyabr 2024-cü il tarixində İraq və Suriyanın şimalındakı terrorçu hədəflərə qarşı hava əməliyyatı həyata keçirilib. Terrorçulara məxsus ümumilikdə 32 hədəf uğurla vurulub. Digər tərəfdən, Ankaradakı hadisədən sonra Suriya və İraqın şimalındakı PKK hədəfləri də məhv edilib.

Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki,  PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirdik. Bəyanatda açıqca qeyd olunub ki, bu əməliyyatlar xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə həyata keçirilib.

Məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarından istifadə olunub. Beləliklə, İraq və Suriyanın şimalındakı terrorçulara məxsus ümumilikdə 32 hədəfə qarşı hava əməliyyatı həyata keçirilib. Bir çox terrorçu məhv edilib.

Bundan başqa, qeyd olunur ki, hava əməliyyatları qətiyyətlə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3546
avatar

Cavidan HUN

Oxşar yazılar