Təhsil haqlarını artıranda  əhalinin vəziyyətini düşünmək lazımdır - DEPUTAT
15 avqust 2025 15:30 (UTC +04:00)

Təhsil haqlarını artıranda əhalinin vəziyyətini düşünmək lazımdır - DEPUTAT

Azərbaycan Tibb Universitetinin tibb və stomatologiya ixtisaslarında illik təhsil haqqının 2000 manat artırlaraq, 6500 və 6000-ə yüksəlməsi, bununla yanaşı plan yerlərinin eyni saxlanılması insanlar arasında böyük reaksiyaya səbəb oldu. Çoxları övladının ödənişli əsaslarla qəbul olacağı təqdirdə oxuda bilməyəcəklərini bildiriblər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, illik təhsil haqqının yüksəlməsi abituriyentləri xarici universitetləri seçməyə vadar edir:

“Bu il əksər univesitetlərdə təhsil haqqları artırılıb. Ödənişlərin yüksəldilməsinə ciddi şəkildə araşdırmalardan sonra qərar verilməlidir. Təhsil haqlarının artırılması məsələsinə dövlətin nəzarəti olmalıdır. Sözsüz ki, universitetlərin də xərcləri var, lakin bu formada qiymət artımı gənclərin yerli yox, xarici universitetləri seçməsinə səbəb olacaq.

Nəzərə alsaq ki, hər kəsin tək övladı olmur. Elə ailələr var ki, 2-3, hətta 4 uşağı var. Onların təhsili üçün ildə 6-7 min manat ödəniş etmək valideyn üçün kifayət qədər çətindir. İllik ödənişlər tədrisin keyfiyyəti ilə ilə bərabər olmalı, əhalinin vəziyyəti nəzərə alınmalıdır. Əgər minimum əmək haqqı 400 manatdırsa və bu məbləğlə xeyli insan maaş alırsa, onlar təhsil haqqını necə ödəməlidirlər? Bu kimi məsələlərdə dövlətin ciddi nəzarəti olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar