ABŞ prezidenti Donald Tramp Rusiyadan sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin əfv olunması imkanını hazırda müzakirə etməyə hazır olmadığını bildirib.
Lent.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Hazırda bu barədə danışmıram. Çox böyük fikir ayrılığı var. Bəziləri deyir ki, o, əfv edilməlidir. Bəziləri deyir ki, bu, dəhşətli olardı. Mən buna qarışmıram", - Tramp çıxışı zamanı deyib.
Qeyd edək ki, Tramp bundan əvvəl Snoudeni əfv etməyi düşünəcəyini demişdi. O qeyd edib ki, bu mövzu son dərəcə mübahisəlidir.