Tramp Putinlə danışdı
04 iyun 2025 21:04 (UTC +04:00)

Tramp Putinlə danışdı

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə arasında telefon danışığı baş tutub.

Lent.az xəbər verir ki, bu barədə Ağ ev rəhbəri "Truth Social" hesabında yazıb.

Onun sözlərinə görə, telefon danışığı bir saatdan çox davam edib.

Söhbət zamanı Ukraynanın Rusiyadakı aerodromlara hücumları müzakirə olunub.

Tərəflər arasında telefon danışığının baş tutduğunu Kremlin mətbuat katibi Dmitri Peskov da TASS agentliyinə təsdiqləyib.

Qeyd edək ki, bu, cari ilin əvvəlindən bəri iki lider arasında dördüncü telefon danışığıdır.

Sonuncu danışıq mayın 19-da, İstanbulda Moskva ilə Kiyev arasında bərpa olunan danışıqların ilk raundundan sonra keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar