Tramp əmr etdi, ABŞ ordusu  hərəkətə keçdi
15 mart 2025 23:00 (UTC +04:00)

Tramp əmr etdi, ABŞ ordusu hərəkətə keçdi

Prezident Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etdiyini bildirib.

Lent.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.

“Bu gün mən Birləşmiş Ştatlar Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr etdim. Onlar Amerika və digər gəmilərə, təyyarələrə və dronlara qarşı amansız piratlıq, zorakılıq və terror kampaniyası aparıblar. ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir.

Dörd ay əvvəl Qırmızı dənizdən keçən sonuncu Amerika döyüş gəmisi Husilər tərəfindən çox saylı hücuma məruz qalıb. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu amansız hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”, - Ağ Ev rəhbəri qeyd edib. 

Bundan bir müddət sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.

 “New York Times” nəşrinin məlumatına görə, ABŞ husi hədəflərinə radarları, hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini vuraraq iri hava və dəniz qüvvələrinə zərbələr endirib.

Zərbələrin husilərin hücumları nəticəsində pozulan Qırmızı dəniz gəmi yollarını yenidən açmaq məqsədi daşıdığı qeyd edilir.

ABŞ rəsmiləri bildiriblər ki, Trampın ikinci səlahiyyət müddətinin ən əhəmiyyətli hərbi əməliyyatı olan bombalanma həm də xəbərdarlıq siqnalı göndərmək məqsədi daşıyır.

Husilərə məxsus “Al Masirah” telekanalı da paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar