Torpağın altından 2 min illik xəzinə çıxdı
26 may 2025 06:35 (UTC +04:00)

Torpağın altından 2 min illik xəzinə çıxdı

90 yaşlı britaniyalı Dorset qraflığında qədim xəzinə tapıb.

Lent.az xəbər verir ki, bu barədə "Daily Echo" yazıb.

Qoca metalaxtaranın köməyilə 2000 ildən çox yaşı olan Durotriq qəbiləsinin 67 gümüş sikkəsindən ibarət unikal kolleksiya aşkar edib.

Məlumata görə, durotriqlər eramızın 1-ci əsrində Britaniya adalarının Roma İmperiyası tərəfindən fəthindən əvvəl İngiltərənin cənubundakı ərazilərdə məskunlaşan Kelt qəbiləsi olub.

Mayın 29-da nadir xəzinə hərraca çıxarılacaq. Təşkilatçılar bu arxeoloji tapıntıya görə ən azı 20 min funt sterlinq (təxminən 46 min manat) qazanmağı düşünürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar