Tatarıstanda yaşayış binası partladı -  VİDEO  - YENİLƏNİB
25 oktyabr 2021 19:51 (UTC +04:00)

Tatarıstanda yaşayış binası partladı - VİDEO - YENİLƏNİB

Son məlumatlara görə, partlayış nəticəsində biri uşaq olmaqla 4 nəfər yaralanıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onlardan birinin vəziyyəti ağırdır. Daha ikisi dağıntılar altındadır. Xilasedicilər onlarla birbaşa əlaqə yaradıblar.

Bir neçə mənzilə də ziyan dəyib. Binadan 32 nəfər təxliyə edilib.

**

19:15

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib, yaralananlar var

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə,  partlayış yaşayış binasının beşinci mərtəbəsindəki bir mənzildə baş verib və nəticədə iki üst mərtəbə çöküb. İlkin versiyaya görə, partlayışa qaz sızması səbəb olub.

Yaşayış binasının dağıntıları altında üç nəfərin qaldığı ehtimal edilir. Onların hamısının sağ olduğu və əlaqə yaradıldığı da bildirilir. .

İlkin məlumata görə, hadisə zamanı 4 nəfər yaralanıb. 17 yaşlı yeniyetmə isə artıq xilas olunub. 
 

 

 

 

Tatarıstanda yaşayış binası partladı

# 3852
avatar

Oxşar yazılar