Türkiyənin Konya şəhərində yeniyetmə öldürülüb.
Lent.az-ın məlumatına görə, hadisə bu gecə saat 3 radələrində, şəhərin Səlcuqlu qəsəbəsində qeydə alınıb. 18 yaşlı Özgür Koyun və dostu küçədə rastladıqları 16 yaşlı H.Y.dən siqaret istəyib.
Bundan sonra tərəflər arasında dava düşüb. Nəticədə H.Y. üstündə gəzdirdiyi bıçaqla Özgüy Koyunun ürək nayihəsinə zərbə endirərək qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Barəsində cinayət işi açılan 16 yaşlı H.Y. isə istintaq üçün yeniyetmələr şöbəsinə təslim edilib.