Sevgilisini öldürdü, sonra yandırdı: Rusiyada azərbaycanlıya ağır cəza verildi
25 may 2021 10:20 (UTC +04:00)

Sevgilisini öldürdü, sonra yandırdı: Rusiyada azərbaycanlıya ağır cəza verildi

Rusiyanın Perm vilayət məhkəməsi Azərbaycan vətəndaşını 11 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, sevgilisini yandırıb öldürməkdə ittiham olunub.

Məhkəmə istintaqı sübut edib ki, 29 yaşlı azərbaycanlı sərxoş halda sevgilisini şəhərdəki parkların birinə çağırıb. Aralarında baş verən mübahisə zəminində əvvəlcə onu huşu itinədək döyüb, daha sonra ocaq qalayaraq onun içinə atıb. Qadın aldığı ağır yanıq nəticəsində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8075

Oxşar yazılar