Fransanın Lyon şəhərinin sakininin başına qəribə iş gəlib.
Lent.az xəbər verir ki, axşam işdən qayıdan kişi poçt qutusunda böyük bağlama olduğunu görür. O, bağlamanı evə gətirib açdıqda kərpic formasında 2 əşyaya rast gəlir və şübhələndiyi üçün polisə xəbər verir.
Hadisə yerinə gələn polis bunun 6 kq çəkidə xalis həşiş qatranı olduğunu təsbit edir. Məlum olur ki, bağlama səhvən başqa ünvana gəlib. Lakin yükün haradan gəldiyi və hansı ünvana çatmalı olduğunu müəyyən etmək mümkün olmayıb.