Rusiyanın Ukraynadakı itkilərinin SON STATİSTİKASI
15 mart 2022 12:43 (UTC +04:00)

Rusiyanın Ukraynadakı itkilərinin SON STATİSTİKASI

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin sayı məlum olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, indiyədək 13 500-dən çox Rusiya hərbçisi zərərsizləşdirilib.

Eyni zamanda, Rusiyanın 81 təyyarə, 95 helikopter, 404 tank, 1 279 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 36 hava hücumundan müdafiə sistemi, 64 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 9 PUA, 3 qayıq, 640 avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 20-ci günüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Fidan İlqar

Oxşar yazılar