Rusiyanın 4 qanadlı raketi və 1 qırıcısı vuruldu
18 mart 2022 15:12 (UTC +04:00)

Rusiyanın 4 qanadlı raketi və 1 qırıcısı vuruldu

Ukraynada Rusiya ordusunun atdığı 4 qanadlı raket zərərsizləşdirilib.

Lent.az bu barədə Ukrayna mediasına istinadla məlumat verir ki, raketlərdən biri Odessa vilayəti üzərində vurulub. Həmin raketin dənizdən atıldığı bildirilir.

Həmçinin, Vinnitsa vilayəti üzərində Rusiya ordusunun atdığı daha 3 qanadlı raket hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edilib. Xəsarət alanlar olmayıb.

Bundan əlavə, Kiyev vilayətinin Buça rayonunda Ukrayna Quru Qoşunları Rusiyanın “Su-34” qırıcı-bombardmançı təyyarəsini vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Mehman Nəbiyev

Oxşar yazılar