Saxlanılan azərbaycanlılar
10 oktyabr 2021 12:51 (UTC +04:00)

Saxlanılan azərbaycanlılar

Rusiyada saxta içkidən 30 nəfər öldü: 3 azərbaycanlı da saxlanıldı

Rusiyanın Orenburq vilayətində saxta içkidən ölənlərin sayı 30 nəfərə çatıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, həmin saxta içkini hazırlayan 9 nəfər  saxlanılıb. Onlardan 3-ü azərbaycanlı Şirvan Babazadə, Sadiq Əliyev və Əliyev soyadlı daha bir nəfər olub. Hər 3 şəxs həbs edilib və verdikləri ifadədə törətdikləri cinayəti qismən etiraf ediblər.

Xatırladaq ki, Ş. Babazadə və S. Əliyev bundan əvvəl də saxta içki hazırladıqları üçün məhkum olunublar.

Bundan əlavə, hadisə nəticəsində ölənlərin sayı 30 nəfər çatıb. Tələfat sayının artması istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Orenburq şəhərində saxta içki səbəbilə kütləvi zəhərlənmə və ölüm hadisəsi barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar