Öldürülən generallar
16 mart 2022 13:37 (UTC +04:00)

Öldürülən generallar

Rusiya ordusunun Ukraynada itirdiyi GENERALLAR - SİYAHI - YENİLƏNİB

Rusiya ordusunun Ukraynada öldürülən yüksək rütbəli zabitləri ilə bağlı yeni fakt ortaya çıxıb.

Lent.az Ukrayna telegram kanallarına istinadla bildirir ki, öldürülən generallar arasında ləğv edilmiş Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının komandiri general-mayor Tuşayev Maqomed də var. O, Qostomel yaxınlığında həlak olub. Həmçinin döyüşlərdə öldürülən daha bir rusiyalı polkovnikin də adı açıqlanıb. Bildirilir ki, Rusiya ordusunun polkovniki İsaykin Viktor fevralın 24-dən başlayan döyüşlərdə həlak olub.

Bununla da Rusiya ordusunun Ukraynada itirdiyi generalların sayı 5, polkovniklərin sayı isə 4-dür.

***

Saat: 11:43

Ukraynaya qarşı müharibə zamanı Rusiya artıq öz ordusunun 4 generalını itirib.

Lent.az bu barədə Ukrayna KİV-ə istinadla xəbər verir. Ölkənin Müdafiə Nazirliyinin ilkin hesablamalarına görə, müharibə başlayandan martın 15-dək ruslar 81 təyyarə, 95 helikopter və 13,5 min əsgərini, o cümlədən 4 rus generalını itirib.

Rusiya ordusunun Ukraynada öldürülən ilk generalı Andrey Suxovetskidir. General-mayor Suxovetski martın 2-də Mariopol yaxınlığında həlak olub. 2021-ci ilin noyabrında general-mayor Andrey Suxovetski Mərkəzi Hərbi Dairənin 41-ci Ümumqoşunları komandanının müavini təyin edilib. Bundan əvvəl 7-ci qvardiyanın hücum diviziyasının komandiri olub.

Rusiya Silahlı Qüvvələrinin general itkisindən biri martın 8-də Xarkov şəhəri yaxınlığında qeydə alınıb. Burada öldürülən general-mayor Vitali Gerasimov Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ümumqoşunları komandanının qərqargah rəisi vəzifəsində çalışıb. O, “Krımın qaytarılmasına görə” medalı ilə təltif edilib.

Daha bir general-mayor Andrey Kolesnikov martın 11-i həlak olub. O, Rusiyanın Şərq Hərbi Dairəsinin komandanı olub.

Rusiya ordusunun növbəti general itkisi martın 15-də qeydə alınıb. General-mayor Oleq Mityayevi “Azov” xüsusi təyinatlı alayı öldürüb. Bu barədə məlumatı “Azov” xüsusi təyinatlı alayı elan edib.

General-mayor Oleq Mityayev

Qeyd edək ki, Rusiya ordusu Ukraynada müharibə zamanı 11 yüksək rütbəli hərbçisini itirib. Onlardan 4-ü general-mayor, 3-ü polkovnik, 3-ü isə polkovnik-leytenantdır. Həlak olan polkovniklər – Andrey Zaxarov, Sergey Poroxnya, İqor Nikolayev, polkovnik-leytenantlar – Yuri Aqarkov, Dmitri Sofronov və Mixail Yermolindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4395
avatar

Mehman Nəbiyev

Oxşar yazılar