Qadın həkimi gözləməkdən bezdi  - 13 DİŞİNİ ÖZÜ ÇƏKDİ
12 avqust 2022 15:48 (UTC +04:00)

Qadın həkimi gözləməkdən bezdi - 13 DİŞİNİ ÖZÜ ÇƏKDİ

Böyük Britaniyanın Buri St Edmunds şəhərindən olan 42 yaşlı Danielle Uotts dişlərinin demək olar ki, yarısını əlləri ilə çıxarıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildə qadının getdiyi dövlət stomatoloji klinikası işçilərin ixtisarı ilə bağlı bağlanıb. 

Altı il ərzində Uotts bir çox başqa mütəxəssisin yanına getdiyini, lakin onların heç birinin yeni xəstələri qəbul etməyə razı olmadığını söyləyib.

Britaniyalı uzun müddətdir diş əti xəstəliyindən əziyyət çəkir. Nəticədə diş həkiminin qəbulunu gözləməkdən yorulub, 13 dişini təkbaşına çıxarıb.

O, deyib: “Mən hər gün onunla yaşayıram. Dərman qəbul edirəm, işə gedirəm, uşaqlara baxıram. Gülüşümü daim gizlətməli oluram. İnsanlarla, hətta tanıdıqlarımla danışmağa nifrət edirəm".

Bundan əvvəl, britaniyalı yaşadığı şəhərdəki heç bir klinika ilə görüş təyin edə bilmədiyi üçün özünün iki dişini kəlbətinlə çəkməyə məcbur olub. 

Onun sözlərinə görə, dəhşətli ağrı onu belə çıxılmaz addım atmağa sövq edib.
 

# 1737
avatar

Fidan İlqar

Oxşar yazılar

Bu ölkədə bir gündə  200 zəlzələ oldu

Bu ölkədə bir gündə 200 zəlzələ oldu

23 aprel 2024 , 07:10
DƏHŞƏT:  Bir ərazidən 5 meyit tapıldı

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

23 aprel 2024 , 05:55
Britaniyadan Ukraynaya yarım milyardlıq yardım

Britaniyadan Ukraynaya yarım milyardlıq yardım

23 aprel 2024 , 04:50
Qarabağdan çıxan sülhməramlıllar Ermənistana gedib

Qarabağdan çıxan sülhməramlıllar Ermənistana gedib

22 aprel 2024 , 22:13
Bayden Zelenskiyə nə SÖZ VERDİ?

Bayden Zelenskiyə nə SÖZ VERDİ?

22 aprel 2024 , 21:37
Dünyanın əllə qazılan  ən dərin quyusu:   390 metrdən çoxdur

Dünyanın əllə qazılan ən dərin quyusu: 390 metrdən çoxdur

22 aprel 2024 , 15:52
Yük maşını dirəyə çırpıldı, ölənlər var

Yük maşını dirəyə çırpıldı, ölənlər var

22 aprel 2024 , 06:25
Zəncirvari qəzada 10 nəfər yaralandı

Zəncirvari qəzada 10 nəfər yaralandı

22 aprel 2024 , 04:08