Qadın duşa girdi, kor oldu
13 avqust 2024 15:13 (UTC +04:00)

Qadın duşa girdi, kor oldu

Amerikalı qadının həyatı duş qəbul etdikdən sonra kabusa çevrilib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında gözləri zəif olduğu üçün uzun illər linza taxan qadın görmə qabiliyyətini itirib.

34 həftəlik hamilə olan Raşel Proşnou, kontakt linzaları ilə duş qəbul etdikdən sonra gözlərində kəskin ağrı hiss edib. Həkimlər ona suda tapılan, buynuz qişaya nüfuz edən və ciddi ziyan vuran parazitin yaratdığı nadir xəstəlik olan “Acanthamoeba keratit” diaqnozu qoyublar.

Hazırda qadının müalicəsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Arzu Qurbanlı

Oxşar yazılar