Makronla 5 dəfə gizli görüşən siyasətçi kimdir? - Böyük Manipulyator
05 avqust 2025 11:56 (UTC +04:00)

Makronla 5 dəfə gizli görüşən siyasətçi kimdir? - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

41-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

BARONLAR GERİ QAYIDIR

2017-ci ilin fevral ayıdır. Emmanuel Makronun seçki kampaniyası tam sürətlə davam edir. Lion şəhərinin meri Jerard Kollomb paytaxtda səfərdədir. Bir neçə gün əvvəl onun qəhrəmanı Makron, Lion şəhərinin idman sarayında təşkil olunan görüşdə seciçilərin böyük rəğbətini qazanmışdı. Müasir texnologiya da ona bu uğurda kömək etmişdi: Belə ki, "Hərəkətdə!" hərəkatının fəalları Teleqram proqramı vasitəsilə kampaniyanı idarə edənlər tərəfindən onların mobil telefonlarına ötürülən göstərişlərlə zalı əməlli-başlı “qızışdırmışdılar”. Kollomb 2016-cı ilin yazından Emmanuel Makrona qoşulub. Bu sosialist partiyasından olan deputat, gənc İqtisadiyyat nazirinin “sosial-liberalizm” ideyalarını çox bəyənir.

Bundan başqa, Makronun Sosialist Partiyasını tənqid etməsi də onun xoşuna gəlir. Çünki Kollombun fikrincə, Sosialist Partiyası əsl simasını itirib, paytaxtda lövbər salıb və Paytaxt Partiyasına çevrilib.

Bundan başqa, Jerard Kollomb onlardan bir növ qisas almaq istəyir, çünki Lion şəhərinin meri belə hesab edir ki, sosialistlər onun siyasi istedadını heç vaxt lazımınca qiymətləndirməyib. Həmin gün Kollomb Makronun kampaniyasından olan gənc bir siyasətçi ilə Lion şəhərinin Parisdəki nümayəndəliyinin yerləşdiyi Villersexel küçəsinin iki addımlığında yerləşən Mucha Cafe restoranında nahar edir.

Bu iki nəfərin arasında müzakirə olunan mövzu kampaniyanın maliyyə ilə bağlı çətinlikləri, xüsusilə də bankların krediti gecikdirmələridir. “Mən bu işi öz boynuma götürürəm. Gedib banklarla özüm danışacam... belə olmaz! Sürəti artırmaq lazımdır”, - deyə Lion şəhərinin meri həmsöhbətinə söz verir. Bu restoranda stollar yox yaxındır. Belə ki, qonşu stolda oturub nahar edən Sosialist Partiyasının daimi üzvlərindən biri onların söhbətlərini eşidir və nahardan son[1]ra dərhal restoranın yanında, Solférino küçəsində yerləşən Sosialist Partiyasının baş qərargahına gedib Jerard Kollombun dediklərini yoldaşlarının ovcuna qoyur..

KOLLOMB ÖZÜNÜN LİONDAKI ŞƏBƏKƏLƏRİNİ TƏKLİF EDİR

Lion şəhərinin merinin banklara gedib Makronun kampaniyası üçün kredit məsələsini müzakirə etməyi heç bir nəticə verməyəcək. Ancaq necə deyərlər, donuzdan bir tük də qənimətdir. Kiminsə Makrona yardım əli uzatması, lap sözdə də olsa, kampaniya üçün həmişə xoşdur...

Bir müddət sonra Kollomb şəbəkələrini namizədin ixtiyarına verir. Lion mütəşəkkil bir şəhər olması ilə tanınır, burada frank-masonlojları Katolik kilsəsi ilə çiyin-çiyinə addımlayır və gözəl harmoniyadadır. Ona görə də Lionda əhalinin əksəriyyəti Emmanuel Makronun siyasi və sosial aspektləri bir-birindən ayırma layihəsinə müsbət yanaşırlar. 2016-cı ilin sentyabrında Jerard Kollomb Lionda təşkil edildiyi “Avropa islahatçıları” forumunda Fransua Hollandın keçmiş İqtisadiyyat nazirini (Makron) qəbul edir. "Hərəkətdə!" qrupu 1997-ci ildən Dubayda lövbər salan, 2016-cı ildə Rio şəhərində keçirilən olimpiya oyunlarının təşkilatçılarından biri olan Lionun GL Events şirkətindən də kömək istəyir. Jerard Kollombun yaxın adamı Oliviye Jinon tərəfindən idarə olunan, böyük miqyaslı tədbirlərə təşkilatçılıq etməkdə dünya liderlərdən biri olan bu şirkətdə görüş zamanı Emmanuel Makron Jerard Kollombu onun yaxın “dostu” kimi təqdim edəcək...

O vaxtdan siyasi kampaniyaların maliyyələşdirilməsinə nəzarət edən Milli Komissiya (CNCCFP) öz hesabatında ortaya çıxardı ki, GL Events şirkəti tərəfindən namizəd Makrona seçicilərlə görüş üçün kirayə götürdüyü zalların ödənişində heç bir məntiqə sığmayan güzəştlər olunub və həddindən artıq endirimlər tətbiq edilib. Onu da qeyd edək ki, GL Events şirkətinin Fransanın bir çox şəhərlərində şəxsi zalları var. CNCCFP iddia etdi ki, namizəd Makronun kampaniyasına şirkət tərəfindən bəzi xidmətlər üçün 30%, hətta 50% endirimlər olunub. Hələ bu harasıdır? Siyasi kampaniyaların maliyyələşdirilməsinə nəzarət edən Milli Komissiyaya görə "Hərəkətdə!" hərəkatına 2016-cı ilin iyul ayında icarəyə götürdüyü zal üçün 100% endirim olunub. Amma GL Events şirkətinin direktorunun dediyinə görə bütün prosedurlara qanunla riayət edilib: “Bu, kommersiya məsələsidir... Endirimin olub-olmaması hər zalın özünün direktorundan asılıdır. Rəhbərlik direktorlara heç bir göstəriş vermir”, – deyə GL Events şirkətinin prezidenti siyasi kampaniyaların maliyyələşdirilməsinə nəzarət edən Milli Komissiyaya izah edir. “Təsadüfə” bax ki, GL Events şirkətinin Beynəlxalq əlaqələr direktoru Brüno Lartij da könüllü olaraq Makronun kampaniyasında iştirak edir...

Jerard Kollombun digər tanışları arasında Makronun yaratdığı "Hərəkətdə!" hərəkatına qoşulan bir sahibkar da var: Infogrames və Infonie informatika şirkətinin təsisçisi, 2017-ci ilə qədər Robopolis şirkətinin rəhbəri olmuş Brüno Bonnell. Jerard Kollombun digər yaxın adamları kimi Bonnell də 2017-ci ilin iyununda LREM partiyası adından (Respublika Hərəkətdə Partiyası) deputat seçildi. Lionun merinin Makrona yaxınlaşan dostları arasında Ron departamentinin deputatı, Feyzin şəhərinin keçmiş meri İv Blen də var. Bu köhnə sosialist, əvvəllər Sosialist Partiyasının qoynunda fəaliyyət göstərən, güclü və çox populyar assosiasiya olan Leo Lagrange Federasiyasının tərkibində işləyirdi... indi isə 2017-ci ildən LREM partiyasının (Respublika Hərəkətdə Partiyası) deputatı kimi həmin Federasiyaya rəhbərlik edir... Ancaq 2018-ci ildə Lion şəhəri ilə birinci dəfə müqavilə bağlayan Leo Lagrange Federasiyasının kollektivi öz prezidentlərinin Makronun partiyasına yaxınlaşmasına çox pis baxır. Brijit Makronun “jeje” deyə çağırdığı Jerard Kollomb kampaniyaya həm də həlledici siyasi yardım verir, belə ki, onun sayəsində Fransua Bayru da Emmanuel Makrona qoşulur. Ancaq Modem partiyasının rəhbəri (Fransua Bayru) "Hərəkətdə!" qrupunun namizədi ilə birbaşa heç nə danışmır, fikirlərini Kollombun vasitəsilə ona çatdırır. 2017-ci ilin yanvar və fevral ayları arasında Fransua Bayru ilə Emmanuel Makron beş dəfə, özü də hamıdan gizli görüşürlər. Bu məxfi görüşlər çox vaxt Senatda – Modem partiyasının parlamentdəki vitse-prezidenti Jaklin Quroltun ofisində keçir. Fransua Bayru bərk narahatdır, o, öz kiçik partiyasının (Modem) Makron prezident olandan sonra onun Milli Assambleyadakı prezident çoxluğu arasında əriyib yoxa çıxmasından qorxur.

Beş dəfə Parisə gəlib Makronla gizli şəkildə görüşəndən bir müddət sonra Fransua Bayru Jerard Kollomb vasitəsilə "Hərəkətdə!" qrupunun namizədindən istədiyini əldə edir. Namizəd söz verir ki, əgər prezident seçilsə, gələcək Milli Assambleyada onun (Modem partiyası) ayrıca parlament qrupu olacaq... Görəsən, Emmanuel Makronun Marsel şəhərindəki şəbəkələrdən istifadə etməyində də Jerard Kollombun əli olub? 2008-ci ildə Lionun meri Rens şəhərində keçirilən Sosialist Partiyasının (PS) konqresində “aydın xətt ” adlanan siyasi bir qrupu təqdim edəndə, hamıya aydın oldu ki, bu qrupa PS-nin (Sosialist Partiyası) bir çox “yerli baronları”, o cümlədən Jan Jerman (Tur şəhərinin meri), Manuel Valls (Evri-Kururon şəhərinin meri), xüsusən də Bouches-du-Rhône departamentinin baş şurasının prezidenti Jan-Noel Qerini də daxildir. Hətt a Pier Moskovi[1]çi də bu balaca siyasi qrupa yaxınlaşmışdı. Marsel şəhərinin bu güclü senatoru (Pier Moskoviçi) sonralar tərəfkeşlikdə və əliəyrilikdə ittiham olundu və beləliklə, deputat toxunulmazlığını itirdi. 2014-cü ildə o, Sosialist Partiyasından uzaqlaşdırıldı və bir müddət sonra özünə siyasi bir hərəkat qurub ona La Force du 13 (13-ün Gücü) adını verdi. İndi bu adam prezidentliyə doğru qətiyyətlə addımlayan Makronun macəralarına yaxşı gözlə baxır. Səbəb? Çünki Makron bir vaxtlarından uzaqlaşdıran Sosialist Partiyasını saya salmır.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar