“Cerebral Cortex” jurnalında yayımlanan yeni bir tədqiqat fərqli uşaqlıq mühitlərinin beyində risklə bağlı qərarverməni necə formalaşdıra biləcəyini araşdırır. Tədqiqat ABŞ-ın İnsan Ekologiyası Kollecindən (CHE) Minvu Li və Marlen Qonzalesin rəhbərlik etdiyi Həyat Tarixi Laboratoriyası tərəfindən aparılıb.
Lent.az xəbər verir ki, tədqiqatda sosial baxımdan zəngin (güclü sosial dəstək, aşağı iqtisadi resurslar) və iqtisadi baxımdan zəngin (yüksək gəlir, zəif sosial dəstək) 43 universitet tələbəsinin riskə münasibəti və beyin fəaliyyəti analiz edilib. İştirakçılar virtual risk oyunu oynayaraq eyni riskli davranışları nümayiş etdirsələr də, fərqli beyin bölgələrini aktivləşdirdikləri müşahidə olunub. Sosial cəhətdən zəngin tələbələrdə diqqət və vizual emal ilə əlaqəli beyin sahələri daha çox aktivləşib. Sosial dəstəyi yüksək olan bu qrup üzvləri isə daha az beyin fəaliyyəti göstərərək daha çox risk alıblar və daha yüksək qazanc əldə ediblər. Bu, sosial resursların hazırkı vəziyyətinin idrak davranışlarına təsir etdiyini göstərir.
Alimlər mühitin insanların yetkinlikdə hansı idrak strategiyalarına güvəndiyini formalaşdırdığını vurğulayırlar. Tədqiqat fərdi təcrübələrin və resurs balanssızlığının (sosial və iqtisadi) nəzərə alınmasının vacibliyini ortaya qoyur.
Gonzalez qeyd edir: “Universitetlər tələbələrin malik olduğu resurslara uyğun dəstəyi fərdiləşdirsə, nəticə əldə etmək üçün daha az psixoloji yük tələb oluna bilər”.