Bu şəhərdə bir ildə  ölümlə nəticələnən   bir qəza baş verməyib: bunun sirri nədir
05 avqust 2025 17:19 (UTC +04:00)

Bu şəhərdə bir ildə ölümlə nəticələnən bir qəza baş verməyib: bunun sirri nədir

Şəhər rəhbərliyi belə parlaq nəticəyə necə nail olduqlarını və bunun nə qədər vaxt apardığını izah edib. 

Finlandiyanın paytaxtı Helsinkidə son bir ildə ölümlə nəticələnən bir yol qəzası qeydə alınmayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu şad xəbəri paytaxt bələdiyyəsinin nümayəndələri açıqlayıblar. Qeyd edilir ki, bütün ili qəzasız yaşamaq Avropa ölkəsinin paytaxtını saymasaq, əksər şəhərlər üçün əlamətdar nailiyyətdir.

Şəhər bələdiyyəsinin yol hərəkəti üzrə mühəndisi Roni Utriaynen bildirib ki, nailiyyət “bir çox amillərlə bağlıdır... lakin sürət həddi ən vaciblərdən biridir”.

Helsinkinin əksər yaşayış məntəqələrində sürət həddi 2021-ci ildə 30 km/saata endirilib və o vaxtdan bəri Helsinkidə yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı azalmaqdadır. Sürət məhdudiyyətlərinə 70 yeni kamera tərəfindən nəzarət edilib.

Bundan əlavə, Utriaynen qeyd edib ki, şəhərin bir çox ərazilərində sürücülər üçün diskomfort yaratmaq üçün yollar daralıb, ağaclar əkilib. Bu onunla izah olunur ki, mürəkkəb şəhər landşaftı sürücüləri daha ehtiyatla şəhər ətrafında hərəkət etməyə məcbur edir.

Şəhər ictimai nəqliyyat şəbəkəsini də genişləndirib, Utriaynen qeyd edib ki, bu təkmilləşdirmələr "avtomobildən istifadəni və nəticədə ciddi qəzaların sayını azaltmağa" kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409

Oxşar yazılar