Putin Rəisinin helikopterinin axtarışı ilə bağlı göstəriş verdi
20 may 2024 02:35 (UTC +04:00)

Putin Rəisinin helikopterinin axtarışı ilə bağlı göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzası zamanı axtarışlara kömək etmək məqsədi ilə iki təyyarə və helikopterdən ibarət 50 nəfərlik xilasedici qrupun göndərilməsi barədə göstəriş verib.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə telefon danışığı zamanı bildirib.

Levitin deyib ki, Putin vəziyyəti əvvəldən izləyir.

İranın birinci vitse-prezidenti yardım göstərməyə hazır olduqları üçün Rusiya hökumətənə və şəxsən Vladimir Putinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3273
avatar

Oxşar yazılar